Görüş təyin edin
AFFIDACONS
AZ EN
+994102242797 info@affidacons.com

Bloqlar

Kraudfandinq: yeni maliyyələşmə forması, yoxsa yeni hüquqi risk

Kraudfandinq: yeni maliyyələşmə forması, yoxsa yeni hüquqi risk
25 sen 2026 Nərmin Musazadə

Kraudfandinq: yeni maliyyələşmə forması, yoxsa yeni hüquqi risk

   Bir çox layihə sahibkarın onların həyata keçirilməsi üçün kifayət qədər şəxsi vəsaitinin olmaması səbəbindən reallaşmamış qalır. Bank krediti və ya investor cəlb edilməsi kimi ənənəvi maliyyələşmə mənbələri çox vaxt iqtisadi baxımdan sərfəli olmur. Bu gün daha bir seçim mövcuddur: hər biri nisbətən kiçik məbləğ investisiya etməyə hazır olan çoxsaylı şəxslərə müraciət etmək. Kraudfandinq məhz belə işləyir: bu, layihənin həyata keçirilməsi üçün vəsaitlərin rəqəmsal platforma vasitəsilə çoxsaylı iştirakçıdan cəlb edildiyi maliyyələşmə modelidir. Kraudfandinq ideyası hələ 1880-ci illərdə yaranmışdır: Nyu-Yorkdakı Azadlıq heykəlinin inşası minlərlə insanın kiçik ianələri hesabına dəstəklənmişdir. Artıq 1997-ci ildə Britaniya rok qrupu Marillion Amerika Birləşmiş Ştatlarında turne üçün vəsaiti internet vasitəsilə birbaşa pərəstişkarlarından toplamışdır ki, bu da müasir onlayn kraudfandinqin ilk nümunələrindən biri olmuşdur. Ümumilikdə kraudfandinqdə üç tərəf iştirak edir: layihə sahibi, platforma operatoru və investorlar. Layihə sahibi layihə haqqında məlumat təqdim edir və tələb olunan maliyyələşmə məbləğini müəyyən edir. Operator platformanın fəaliyyətini təmin edir və vəsaitlərin cəlb edilməsi üçün infrastruktur yaradır. İnvestorlar isə öz növbəsində layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edirlər. Bununla yanaşı, kraudfandinq vahid maliyyə aləti deyil. Modeldən asılı olaraq investor şirkətdə pay əldə edə və ya borc aləti müqabilində maliyyələşmə təqdim edə bilər. Məhz buna görə hüquqi tənzimləmə xüsusi əhəmiyyət kəsb edir: faktiki olaraq söhbət sadəcə internetdə məlumatın yerləşdirilməsindən deyil, qeyri-müəyyən dairədə şəxslərdən vəsait cəlb edilməsindən gedir. Ən əhəmiyyətli formalardan biri kapital (səhm) kraudfandinqidir. Bu halda investor şirkətin səhmləri müqabilində maliyyələşmə təqdim edir. Beləliklə, investor səhmdara çevrilir və təkcə gəlir əldə etmək imkanını deyil, həm də investisiyasının dəyərinin azalması riskini öz üzərinə götürür. Digər model borc kraudfandinqidir. Burada maliyyələşmə borc alətinin əldə edilməsi yolu ilə həyata keçirilir. Azərbaycan qanunvericiliyinə əsasən bu model istiqrazların emissiyası ilə bağlıdır. Birinci halda investor korporativ hüquqlar əldə edir, ikinci halda isə borc öhdəliyi yaranır.

   Kraudfandinq informasiya asimmetriyası kimi tanınan xüsusi problem yaradır. Layihə sahibi əhəmiyyətli dərəcədə daha çox məlumata malik olduğu halda, investor çox vaxt qərarı yalnız platformada yerləşdirilmiş məlumat əsasında qəbul edir. Buna görə də kraudfandinqin hüquqi tənzimlənməsinin əsas elementlərindən biri məlumatın açıqlanmasıdır. “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən investorlara tam və düzgün məlumat təqdim etmək öhdəliyi ilk növbədə layihə sahibinin üzərinə düşür. Xüsusilə, layihə, maliyyələşmənin cəlb edilməsinin məqsədləri, tələb olunan məbləğ, layihə sahibinin fəaliyyəti haqqında məlumat, qanunla nəzərdə tutulmuş hallarda isə maliyyə hesabatları açıqlanmalıdır. Bununla yanaşı, məlumatın açıqlanması öhdəliyi layihənin ilkin yerləşdirilməsindən sonra da xitam tapmır. İnvestorlar üçün əhəmiyyət kəsb edə biləcək hallarda dəyişikliklər baş verərsə, məlumat vaxtında operatora təqdim edilməli və investorlara açıqlanmalıdır. Layihə problemli olduqda belə bir sual yaranır: kraudfandinq platformasının özü məsuliyyət daşıyırmı? Burada layihə sahibinin və platforma operatorunun məsuliyyətini fərqləndirmək lazımdır. Layihə sahibi ilk növbədə təqdim edilmiş məlumatın düzgünlüyünə və dəqiqliyinə, habelə layihənin elan edilmiş şərtlərinin icrasına görə məsuliyyət daşıyır. Operator isə öz platformasında yerləşdirilən hər bir layihənin təminatçısına çevrilmir. Onun məsuliyyəti ilk növbədə platformanın özünün lazımi qaydada fəaliyyəti və qanunla müəyyən edilmiş tələblərə riayət edilməsi ilə bağlıdır. Bundan əlavə, operator ona təklif edilən istənilən layihəni sadəcə yerləşdirmək hüququna malik deyil: zəruri məlumat və ya sənədlər olmadıqda, müəyyən pozuntular aşkar edildikdə və ya layihə müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə, o, layihənin yerləşdirilməsindən imtina etməyə borcludur. Beləliklə, qanunvericilik riskləri sistemin iki iştirakçısı arasında bölüşdürür: layihə sahibi layihə haqqında məlumatın məzmununa və düzgünlüyünə, operator isə platformanın fəaliyyətinə və müəyyən edilmiş qaydalara riayət edilməsinə görə məsuliyyət daşıyır.

   Tənzimləmənin ən mühüm elementlərindən biri investorların vəsaitlərinin qorunmasıdır. Qanun kraudfandinq kampaniyası çərçivəsində cəlb edilmiş vəsaitlərlə davranmağa dair xüsusi qaydalar nəzərdə tutur. Vəsaitlər hər kampaniya üzrə ayrıca uçota alınmalıdır və operator tərəfindən öz maraqları üçün istifadə edilə bilməz. Bundan əlavə, qanunla nəzərdə tutulmuş hallarda investor qoyduğu vəsaitləri tam həcmdə geri almalıdır, habelə ona yeddi günlük düşünmə (cooling-off) müddəti də verilir. Tənzimləmənin əsas məqsədi investorun pulunun platforma operatorunun adi aktivlərinə çevrilməməsini təmin etməkdir.

   Kraudfandinq platformalarının operatorlarının tənzimlənməsi və onlar üzərində nəzarət Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Operator qeydiyyat prosedurundan keçməli və digərləri ilə yanaşı kapital, idarəetmə, daxili qaydalar, texniki infrastruktur və platformanın təhlükəsizliyi ilə bağlı tələblərə cavab verməlidir. Mərkəzi Bank həmçinin nəzarət səlahiyyətlərinə malikdir: o, zəruri sənədləri və məlumatları əldə edə, yoxlamalar keçirə, məcburi göstərişlər verə, qanunla nəzərdə tutulmuş hallarda isə platformanın fəaliyyətini dayandıra və ya operatoru müvafiq reyestrdən çıxara bilər. Beləliklə, tənzimləmə təkcə problem yarandıqdan sonra investorun müdafiəsi üzərində deyil, həm də kraudfandinq bazarını təşkil edən subyektlər üzərində ilkin nəzarət üzərində qurulur.

   Kraudfandinq sadəcə vəsait cəlb etməyin yeni üsulu deyil. O, sahibkarlar, investorlar və rəqəmsal platformalar arasında qarşılıqlı əlaqənin yeni modelini formalaşdırır. Onun inkişafı əvvəllər onlar üçün əlçatan olmaya bilən üstünlüklər yaradır. Eyni zamanda yeni suallar meydana çıxır: məlumatın düzgünlüyü və vəsaitlərin qorunmasından tutmuş platformaların məsuliyyətinə və dövlət nəzarətinə qədər. Buna görə də kraudfandinqin gələcəyi təkcə layihələrin sayından və cəlb edilmiş vəsaitlərin həcmindən deyil, hüququn maliyyələşməyə çıxış, innovasiyalar və investorların müdafiəsi arasında tarazlığı nə dərəcədə səmərəli şəkildə təmin edə biləcəyindən asılıdır.

Biblioqrafiya:

“Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 14 iyul 2026-cı il tarixli 450-VIIQ nömrəli Qanunu.

V. A. Melkiqikova və E. A. Pervışov, ‘Kraudfandinq kollektiv investisiya forması kimi: maliyyə-hüquqi aspektlər’.

Kallio, Aki və Lasse Vuola, ‘Daim dəyişən müasir maliyyə bazarları kontekstində kraudfandinqin tarixi’.

Djebali, Olivier, ‘Kraudfandinq nədir?’, 4 noyabr 2025.

 

Краудфандинг: новая форма финансирования или новый правовой риск

   Многие проекты остаются нереализованными в силу того, что предприниматель не располагает достаточными средствами для их реализации. Традиционные источники финансирования, такие как банковский кредит или привлечение инвестора, часто являются экономически невыгодными. Сегодня существует ещё один вариант: обратиться к большому количеству людей, каждый из которых готов инвестировать относительно небольшую сумму. Именно так работает краудфандинг: модель финансирования, при которой средства для реализации проекта привлекаются от большого количества участников посредством цифровой платформы. Идея краудфандинга появилась ещё в 1880-х годах: строительство Статуи Свободы в Нью-Йорке было поддержано тысячами людей посредством небольших пожертвований. Уже в 1997 году британская рок-группа Marillion собрала средства на тур по Соединённым Штатам непосредственно от своих поклонников, это был один из ранних примеров современного онлайн-краудфандинга. В краудфандинге участвуют три стороны: владелец проекта, оператор платформы и инвесторы. Владелец проекта предоставляет информацию о проекте и определяет необходимую сумму финансирования. Оператор обеспечивает функционирование платформы и предоставляет инфраструктуру для привлечения средств. Инвесторы, в свою очередь,  принимают решение о финансировании проекта. При этом краудфандинг не является единым финансовым инструментом. В зависимости от модели инвестор может приобрести долю в компании или предоставить финансирование в обмен на долговой инструмент. Именно поэтому правовое регулирование становится особенно важным: фактически речь идёт не просто о размещении информации в интернете, а о привлечении средств от неопределённого круга лиц. Одной из наиболее значимых форм является долевой краудфандинг (equity crowdfunding). В данном случае инвестор предоставляет финансирование в обмен на акции компании. Таким образом, инвестор становится акционером и принимает на себя не только потенциальную возможность получения дохода, но и риск снижения стоимости своей инвестиции. Другой моделью является долговой краудфандинг (debt crowdfunding). Здесь финансирование осуществляется посредством приобретения долгового инструмента. Согласно законодательству Азербайджана, эта модель связана с выпуском облигаций. В первом случае инвестор приобретает корпоративные права, тогда как во втором возникает долговое обязательство.

   Краудфандинг создаёт особую проблему, известную как информационная асимметрия. Владелец проекта обладает значительно большим объёмом информации, тогда как инвестор часто принимает решение исключительно на основании информации, размещённой на платформе. Поэтому одним из ключевых элементов правового регулирования краудфандинга является раскрытие информации. Согласно Закону Азербайджанской Республики о Краудфандинге, обязанность предоставлять инвесторам полную и достоверную информацию прежде всего возлагается на владельца проекта. В частности, раскрытию подлежит информация о проекте, целях привлечения финансирования, необходимой сумме, деятельности владельца проекта и, в предусмотренных законом случаях, финансовой отчётности. При этом обязанность по раскрытию информации не прекращается после первоначального размещения проекта. Если происходят изменения обстоятельств, которые могут иметь значение для инвесторов, информация должна быть своевременно предоставлена оператору и раскрыта инвесторам. Однако возникает следующий вопрос: если проект оказывается проблемным, несёт ли ответственность сама краудфандинговая платформа? Здесь необходимо разграничивать ответственность владельца проекта и ответственность оператора краудфандинговой платформы. Владелец проекта прежде всего отвечает за достоверность предоставленной информации и реализацию заявленных условий проекта. Оператор, с другой стороны, не становится гарантом каждого проекта, размещённого на его платформе. Его ответственность прежде всего связана с надлежащим функционированием самой платформы и соблюдением требований, установленных законом. Более того, оператор не вправе просто разместить любой предложенный ему проект: при отсутствии необходимой информации или документов, при выявлении определённых нарушений или если проект не соответствует установленным требованиям, он обязан отказать в его размещении. Таким образом, законодательство распределяет риски между двумя участниками системы: владелец проекта отвечает за содержание и достоверность информации о проекте, тогда как оператор отвечает за функционирование платформы и соблюдение установленных правил.

   Одним из наиболее важных элементов регулирования является защита средств инвесторов. Закон предусматривает специальные правила обращения со средствами, привлечёнными в рамках краудфандинговой кампании. Отчет средств должен вестись отдельно по каждой кампании, и они не могут использоваться оператором в собственных интересах. Кроме того, в предусмотренных законом случаях инвестор должен получить полный возврат внесённых средств, а также ему предоставляется семидневный период на обдумывание. Основная цель регулирования заключается в том, чтобы деньги инвестора не становились обычными активами оператора платформы.

   Регулирование и надзор за операторами краудфандинговых платформ осуществляются Центральным банком Азербайджанской Республики. Оператор должен пройти процедуру регистрации и соответствовать требованиям, связанным, среди прочего, с капиталом, управлением, внутренними правилами, технической инфраструктурой и безопасностью платформы. Центральный банк также обладает надзорными полномочиями: он может получать необходимые документы и информацию, проводить проверки, выдавать обязательные предписания и, в предусмотренных законом случаях, приостанавливать деятельность платформы или исключать оператора из соответствующего реестра. Таким образом, регулирование строится не только вокруг защиты инвестора после возникновения проблемы, но и вокруг предварительного контроля за субъектами, которые организуют краудфандинговый рынок.

   Краудфандинг - это не просто новый способ привлечения средств. Он формирует новую модель взаимодействия между предпринимателями, инвесторами и цифровыми платформами. Его развитие создаёт преимущества, которые ранее могли быть для них недоступны. В то же время возникают новые правовые вопросы: от достоверности информации и защиты средств до ответственности платформ и государственного надзора. Поэтому будущее краудфандинга зависит не только от количества проектов и объёма привлечённых средств, но и от того, насколько эффективно право сможет установить баланс между доступом к финансированию, инновациями и защитой инвесторов.

Библиография:

Закон Азербайджанской Республики «О краудфандинге»  14 июля 2026 года.

Мелькигикова В. А., Первышов Е. А., «Краудфандинг как форма коллективного инвестирования: финансово-правовые аспекты».

Каллио А., Вуола Л., «История краудфандинга в контексте постоянно меняющихся современных финансовых рынков».

Джебали О., «Что такое краудфандинг?», 4 ноября 2025 года.

 

Bir şərh yazın

Bir şərh yazın

Axtar

Görüş təyin edin

PULSUZ HÜQUQİ MƏSLƏHƏT ALIN

Telefon +994102242797