Görüş təyin edin
AFFIDACONS
AZ EN
+994102242797 info@affidacons.com

Xidmətlər

Bank və Maliyyə (hüquq) xidmətləri

Bank və Maliyyə (hüquq) xidmətləri

Affidavit Consulting International şirkəti olaraq müştərilərə bank, maliyyə və idarəetmə sistemlərini birləşdirən hüquqi məsləhət xidmətləri təqdim edir və onların bank uyğunluğu və maliyyə hesabatı standartları ilə bağlı çətinlikləri səmərəli şəkildə idarə etmələrinə kömək edirik. Komandamız bank və maliyyə hüququ sahəsində dərin bilik və peşəkar təcrübəyə malikdir və müştərilərin əməliyyatlarını qanuni və effektiv şəkildə aparmasını təmin edir.

Bizim bank və maliyyə sahəsi üzrə xidmətlərimizə daxildir:

  • Bank, bank olmayan kredit təşkilatı, investisiya fəaliyyəti və sığorta lisenziyalarının alınması üçün hüquqi məsləhət
  • Kredit müqavilələrinin hazırlanması və imzalanması zamanı hüquqi təmsilçilik və kreditin təminatı üzrə məsləhət
  • Bank və bank olmayan kredit təşkilatlarının filial və nümayəndəliklərinin birləşməsi, ayrılması, yenidən qurulması və ləğvi üzrə hüquqi dəstək
  • Qiymətli kağızlarla bağlı müqavilələr, qeydiyyat, ipoteka müqavilələri, veksel, çek, istiqraz, bank qarantiyası, kredit məktubu və ümumi kapital bazarına dair yerli tələblər üzrə məsləhət
  • Xarici və beynəlxalq borc verənlər üçün kredit müqavilələri, kredit rəsmiləşdirilməsi və əlaqəli qiymətli kağızlar müqaviləsi üzrə hüquqi məsləhət
  • Kripto-valyutanın tənzimlənməsi və kripto gəlirinin vergiyə cəlb edilməsi ilə bağlı məsləhət
  • Bankla bağlı məhkəmə proseslərində və ləğv olunmuş banklar qarşısında müştərilərin təmsil olunması

Komandamızın yanaşması müştərilərə maliyyə tənzimləmələrini etibarlı şəkildə idarə etmək, əməliyyat və hüquqi riskləri minimuma endirmək və maliyyə əməliyyatlarını optimallaşdırmaq imkanı verir.

Görüş təyin edin

PULSUZ HÜQUQİ MƏSLƏHƏT ALIN

PULSUZ MƏSLƏHƏT AL

Əlaqə

Görüş təyin edin

PULSUZ HÜQUQİ MƏSLƏHƏT ALIN

Telefon +994102242797