Affidavit şirkəti müştərilərə geniş korporativ və kommersiya hüquq məsləhətləri təqdim edir və bizneslərin korporativ strukturlarını təsis etməsi, qurması və optimallaşdırması üzrə dəstək göstərir, qanunvericiliyə uyğunluq və əməliyyat səmərəliliyini təmin edir. Xidmətlərimiz müştəri ehtiyaclarına uyğunlaşdırılmış, Azərbaycan qanunvericiliyinə əsaslanır və beynəlxalq təcrübələrə söykənir.
Bizim korporativ hüquq təcrübəmiz şirkətlərin təsisi, restruktizasiyası, birləşmə və qoşulma, müflisləşmə və ləğvi kimi biznesin bütün fəaliyyət dövrünü əhatə edir.
Əsas xidmət sahələrimiz:
- Şirkət qeydiyyatı və hüquqi şəxslərin təsisi (MMC, səhmdar cəmiyyəti, ortaqlıq)
- Təsisçi növündən asılı olaraq yerli və xarici investisiyalı hüquqi şəxslərin yaradılması
- Hüquqi şəxsin nümayəndəliyi və filialının yaradılması
- Şirkətlərin birləşməsi, qoşulması və birgə müəssisələrin yaradılması
- Korporativ idarəetmə, Direktorlar Şurasının dəstəyi və korporativ kargüzarlıq xidmətləri
- ASC (Açıq Səhmdar Cəmiyyəti) və QSC (Qapalı Səhmdar Cəmiyyəti) ümumi yığıncaqlarının keçirilməsi
- Daxili normativ sənədlərin hazırlanması və tətbiqi üzrə məsləhət
- Korporativ strukturların və holdinqlərin səmərəliliyinin qiymətləndirilməsi
- Bazara giriş və bazardan çıxışın analizi, o cümlədən ləğv və müflisləşmə prosedurları
- Müqavilə və korporativ mexanizmlərdən istifadə etməklə birgə əməliyyatların təşkili
- Müntəzəm korporativ hüquqi dəstək və illik məlumatların açıqlanması
Görüş təyin edin
PULSUZ HÜQUQİ MƏSLƏHƏT ALIN
Telefon
+994102242797