Karantindən Məhkəmə Çəkişmələrinədək: COVID-19-un Fors-Major Anlayışına Təsiri
Hamımız xatırlayırıq ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən hərəkət imkanlarımız ciddi şəkildə məhdudlaşdı, maska taxmaq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildi və sosial məsafə qaydalarına əməl etməyə məcbur olduq. Pandemiya qlobal miqyasda həyatın normal axarını pozdu və bu vəziyyət ticarət, biznes, iqtisadiyyat, səhiyyə və bir çox digər sahələrdə zəncirvari təsirlər yaratdı. Təbii ki, bu proses müqavilə münasibətlərindən də yan keçmədi, çünki milyonlarla müqavilənin icrası qəfil şəkildə mümkünsüz hala gəldi. COVID-19-dan əvvəl hüquqşünaslar müqavilələri hazırlayarkən fors-major (bundan sonra FM) qeydini adətən qəlibləşmiş şərtlər (müqavilənin kommersiya şərtlərini deyil, onun tətbiq mexanizmini və hüquqi fəaliyyətini tənzimləyən standart müddəalar) sırasında daxil edir, lakin onun praktik əhəmiyyətinə çox vaxt kifayət qədər diqqət yetirmirdilər. Pandemiya isə FM institutunu saysız-hesabsız hüquqi mübahisələrin mərkəzinə çevirdi.
Fors-major nədir? Müqavilə hüququnda iki fundamental prinsip mövcuddur. Birincisi, pacta sunt servanda prinsipidir ki, bu da bağlanmış müqavilələrin icra edilməli olduğunu və tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borclu olduqlarını ifadə edir. Digər prinsip isə rebus sic stantibus olub, şəraitin gözlənilməz və əsaslı şəkildə dəyişməsi nəticəsində tərəfləri müqavilə öhdəliklərindən azad etməyə və ya həmin öhdəliklərin yenidən nəzərdən keçirilməsinə hüquqi əsas yaradır.
Beynəlxalq Ticarət Palatası (BTP) 2020-ci ilin mart ayında yenilənmiş 2020-ci il Fors-Major və Çətinlik Müddəaları dərc etmiş və fors-major anlayışını belə müəyyən etmişdir: müqavilə üzrə tərəfin bir və ya bir neçə öhdəliyinin icrasına mane olan və ya həmin icranı əngəlləyən hadisə və ya hal ("fors-major hadisəsi") o halda fors-major hesab edilir ki, maneədən təsirlənmiş tərəf aşağıdakı halları sübut edə bilsin:
a. maneənin onun ağlabatan nəzarətindən kənarda olduğunu;
b. həmin maneənin müqavilə bağlanarkən ağlabatan qaydada əvvəlcədən proqnozlaşdırılmasının mümkün olmadığını;
c. maneənin nəticələrinin təsirlənmiş tərəf tərəfindən ağlabatan tədbirlərlə qarşısının alınmasının və ya aradan qaldırılmasının mümkün olmadığını.
Məhz bu meyarlar COVID-19-un fors-major tətbiqini əsaslandıran hüquqi maneə hesab edilə bilib-bilməyəcəyinin müəyyən edilməsində əsas götürülür.
Göründüyü kimi, fors-major institutu beynəlxalq kommersiya hüququnda mühüm əhəmiyyətə malikdir. Oxşar hüquqi yanaşma Malların Beynəlxalq Alqı-Satqısı Müqavilələri haqqında BMT Konvensiyasının (bundan sonra Konvensiya) 79-cu maddəsində və Beynəlxalq Kommersiya Müqavilələri üzrə UNIDROIT Prinsiplərinin (bundan sonra Prinsiplər) 7.1.7-ci maddəsində də öz əksini tapmışdır. Hərçənd bu normaların ifadə tərzi müəyyən qədər fərqlənir, onların hər ikisi eyni əsas meyarları qəbul edir: əgər müqavilənin icra edilməməsi tərəfin nəzarətindən kənarda olan, əvvəlcədən ağlabatan şəkildə proqnozlaşdırılması mümkün olmayan və nəticələri qarşısı alına və ya aradan qaldırıla bilməyən maneədən irəli gəlirsə, həmin tərəf müqavilə öhdəliyinin icra edilməməsinə görə hüquqi məsuliyyətdən azad edilə bilər.
BTP 2020 force majeure-in sübut edilməsini asanlaşdırır – bəs Konvensiya və Prinsiplər? Fors-major institutunun tətbiqi üçün ilk növbədə maneənin (impediment) mövcudluğu tələb olunur. Maneə dedikdə, tərəflərin müqavilə bağlanarkən ağlabatan şəkildə əvvəlcədən proqnozlaşdıra bilmədikləri və müqavilənin icrasını həddindən artıq çətinləşdirən və ya tamamilə mümkünsüz edən hadisə və ya hal başa düşülür. Konvensiya və Prinsiplərin müddəalarına nəzər saldıqda görünür ki, onlar maneə hesab edilə biləcək halların konkret siyahısını təqdim etmirlər. Bununla belə, məhkəmə təcrübəsində müharibə, terror aktları, iğtişaşlar, blokadalar və Act of God (təbiətin qarşısıalınmaz qüvvəsi) xarakterli hadisələr adətən maneə kimi qiymətləndirilir.
BTP-nin 2020-ci il Fors-Major Qaydaları daha fərqli yanaşma nümayiş etdirir. Həmin qaydalar müəyyən hadisələrin fors-major təşkil etdiyini prezumpsiya qaydasında qəbul edir. Bu hadisələrə müharibə, terrorizm, embarqo, dövlət orqanlarının qərarları, epidemiya, təbii fəlakətlər, yanğın, tətil və digər oxşar hallar daxildir. Diqqət çəkən məqam ondan ibarətdir ki, BTP müddəalarında məhz "epidemiya" termini işlədilmişdir. Geniş hüquqi şərh baxımından COVID-19 pandemiyası epidemiyadan daha geniş miqyaslı hadisə olduğundan, pandemiyadan təsirlənmiş tərəflər fors-majora istinad etmək üçün daha güclü hüquqi əsas əldə edirlər. Məhz əsas hüquqi mübahisə də burada başlayır. Belə ki, nə Konvensiya, nə də Prinsiplər "epidemiya" anlayışını ayrıca sadalamır və BTP-də olduğu kimi birbaşa prezumpsiyadan istifadə etmək mümkün olmur. COVID-19 pandemiyası ilə bağlı ən çox müzakirə olunan hüquqi məsələlərdən biri onun Act of God (təbiətin qarşısıalınmaz qüvvəsi) hesab edilə bilib-bilməməsidir. Ənənəvi yanaşmaya görə, Act of God (təbiətin qarşısıalınmaz qüvvəsi) insan nəzarətindən kənarda baş verən zəlzələ, daşqın, qasırğa və digər təbii hadisələri ifadə edir. Bununla belə, hüquqi baxımdan daha mühüm sual COVID-19-un Act of God (təbiətin qarşısıalınmaz qüvvəsi) hesab olunub-olunmaması deyil, onun Konvensiyanın 79-cu maddəsi baxımından "maneə" təşkil edib-etməməsidir, çünki Konvensiyanın 79-cu maddəsi hadisənin mütləq Act of God (təbiətin qarşısıalınmaz qüvvəsi) kateqoriyasına aid edilməsini tələb etmir. Maddənin tətbiqi üçün əsas şərt hadisənin təsirlənmiş tərəfin nəzarətindən kənarda olması və məsuliyyətdən azadolma üçün nəzərdə tutulmuş digər meyarlara cavab verməsidir. Bu yanaşma müasir beynəlxalq kommersiya praktikası, o cümlədən epidemiyaları açıq şəkildə fors-major hadisəsi kimi tanıyan BTP-nin Fors-Major Qaydaları ilə də dəstəklənir və Konvensiyanın 79-cu maddəsinin daha geniş və çevik şəkildə şərh edilməsinə əsas yaradır.
Tərəfin nəzarətindən kənarda olma meyarı - Fors-majorun əsas şərtlərindən biri hadisənin təsirlənmiş tərəfin nəzarətindən kənarda olmasıdır. Bu meyar göstərir ki, tərəf həmin hadisənin baş verməsinin qarşısını almaq imkanına malik olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, BTP-nin 2020-ci il Qaydaları hadisənin sadəcə nəzarətdən kənarda olmasını deyil, "ağlabatan nəzarətdən kənarda" olmasını tələb edir. Başqa sözlə, qiymətləndirilir ki, adi və ağlabatan fəaliyyət göstərən bir kommersiya subyekti həmin hadisənin qarşısını ala və ya onun nəticələrini idarə edə bilərdimi Cavab mənfidirsə, fors-majorun tətbiqi ehtimalı əhəmiyyətli dərəcədə artır. Bundan əlavə, BTP müəyyən hadisələri əvvəlcədən fors-major hadisələri kimi tanıdığı üçün həmin hadisələrdən biri baş verdikdə tərəfin ayrıca olaraq onun nəzarətindən kənarda olduğunu sübut etməsinə ehtiyac qalmır. Bu, sübutetmə yükünü əhəmiyyətli dərəcədə yüngülləşdirir. COVID-19 pandemiyası hökumətlərin, alimlərin və ayrı-ayrı şəxslərin nəzarətindən kənarda baş vermiş qlobal hadisə idi. İlk baxışdan bu hal "nəzarətdən kənarda olma" meyarını ödəyirmiş kimi görünür, lakin hüquqi baxımdan həlledici məsələ pandemiyanın ümumilikdə nəzarətdən kənarda olması deyil, konkret müqavilə münasibəti çərçivəsində məhz təsirlənmiş tərəfin nəzarətindən kənarda olub-olmamasıdır. Bu şərtin yerinə yetirilməsi, öhdəliyin icra edilməməsinin hökumət tərəfindən tətbiq edilən karantin tədbirləri, sərhədlərin bağlanması, ixrac məhdudiyyətləri kimi qarşısıalınmaz xarici amillərdən irəli gəldiyi hallarda daha ehtimal olunan hesab edilir. Digər tərəfdən, şirkətin daxili təşkilati fəaliyyətindən irəli gələn problemlər, məsələn, qeyri-kafi planlaşdırma, səmərəsiz idarəetmə və ya digər biznes idarəçiliyi uğursuzluqları, adətən fors-major halı kimi qiymətləndirilmək üçün kifayət etmir. Belə hallar, bir qayda olaraq, tərəfin öz risk dairəsində qalır və həmin tərəfin məsuliyyətindən azad olunmasına əsas vermir.
Əvvəlcədən proqnozlaşdırıla bilmə meyarı zamanla dəyişdi - Bu meyar fors-majorun tətbiqində ən mürəkkəb şərtlərdən biri hesab olunur, çünki müəyyən mənada demək olar ki, baş vermiş hər bir hadisənin yenidən baş vermə ehtimalı yüksəkdir. Tarix boyu müharibələr, daşqınlar, zəlzələlər, yanğınlar və embarqolar baş verib və nəzəri baxımdan onların gələcəkdə yenidən baş verməsi mümkündür. Hüquqi qiymətləndirmə isə hadisənin ümumilikdə mümkün olub-olmamasına deyil, müqavilənin bağlandığı tarixdə həmin hadisənin ağlabatan şəkildə proqnozlaşdırıla bilib-bilməməsinə əsaslanır. Burada mühüm hüquqi prinsip tətbiq olunur ki, məhkəmə "Bu konkret şəxs hadisəni bilirdimi?" sualını vermir. Əksinə, belə qiymətləndirir: "Eyni şəraitdə olan ağlabatan bir şəxs bunu əvvəlcədən görə bilərdimi?" Konvensiyanın 8(2)-ci maddəsi və UNIDROIT Prinsiplərinin 4.1(2)-ci maddəsinə əsasən, ağlabatan şəxs eyni və ya oxşar şəraitdə olan, adi mühakimə qabiliyyətinə malik və normal davranış standartına uyğun hərəkət edən şəxsdir. Bu baxımdan COVID-19 hər bir müqavilə üçün avtomatik olaraq əvvəlcədən proqnozlaşdırıla bilməyən hadisə hesab edilə bilməz. Hər bir müqavilə konkret halları nəzərə alınmaqla ayrıca qiymətləndirilməlidir. Pandemiya dövründə hökumətlər tərəfindən qapanmaların tətbiqi, sərhədlərin bağlanması və ixrac məhdudiyyətlərinin qoyulması kimi çoxsaylı qərarlar qəbul edilmişdir. Bu isə maraqlı hüquqi sual yaradır: əgər müqavilənin tərəflərindən biri dövlətdirsə, qəbul edəcəyi qərarları əvvəlcədən bildiyi hesab olunmalıdırmı? Cavab hər zaman müsbət deyil,çünki COVID-19 dövründə vəziyyət son dərəcə dinamik idi və dövlət qərarları demək olar ki, gündəlik dəyişirdi. Hətta dövlət orqanları belə bir ay sonra hansı tədbirlərin görüləcəyini əvvəlcədən müəyyən edə bilmirdilər. Buna görə də bəzi hallarda həmin tədbirlər əvvəlcədən proqnozlaşdırıla bilən hesab edilməyə bilər.
Bu yanaşmadan çıxış edərək müqavilələri aşağıdakı kimi təsnif etmək mümkündür: 31 dekabr 2019-cu il tarixindən əvvəl bağlanmış müqavilələr zamanı COVID-19 hələ məlum deyildi. Buna görə də pandemiya, böyük ehtimalla, əvvəlcədən proqnozlaşdırıla bilməyən hadisə hesab ediləcəkdir. 31 dekabr 2019-cu il – 11 mart 2020-ci il tarixləri arasında bağlanmış müqavilələrdə isə virus artıq məlum idi, lakin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilməmişdi. Bu səbəbdən hər bir müqavilə üzrə ayrıca hüquqi qiymətləndirmə aparılmalıdır. Pandemiya və fövqəladə vəziyyət dövründə bağlanmış müqavilələrdə pandemiya riski artıq məlum idi və buna görə də fors-majora istinad etmək əvvəlki dövrlərlə müqayisədə daha çətin olacaqdır. Nəhayət ki, fövqəladə vəziyyət başa çatdıqdan sonra bağlanmış müqavilələrdə isə pandemiya ilə bağlı risklər artıq hamıya məlum idi. Nəticə etibarilə, belə müqavilələrdə COVID-19-a əsaslanaraq fors-major iddiası irəli sürmək daha da çətinləşmişdir.
Məhkəmələr öhdəliyin icra edilməməsini avtomatik şəkildə üzrlü hesab etməmişdir - COVID-19 pandemiyası ilə bağlı məhkəmə təcrübəsi göstərir ki, pandemiyanın mövcudluğu təkbaşına müqavilə öhdəliyinin icra edilməməsinə bəraət qazandırmır. M/S Halliburton Offshore Services Inc. v Vedanta Ltd. (2020) işində Delhi Appelyasiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, COVID-19 pandemiyası və onun nəticəsində tətbiq olunan qapanma rejimləri fors-major hadisəsi hesab oluna bilər. Bununla belə, bu hal müqavilənin icra edilməməsini avtomatik şəkildə hüquqi cəhətdən əsaslandırmır. Fors-majora istinad edən tərəf pandemiya ilə öhdəliyin icra edilməməsi arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcud olduğunu sübut etməlidir. Bundan əlavə, fors-major hadisəsi baş verməzdən əvvəl artıq öhdəliyini pozmuş tərəf sonradan baş verən pandemiyaya əsaslanaraq əvvəlki pozuntusuna görə məsuliyyətdən azad oluna bilməz. Bu qərar bir daha göstərir ki, fors-majora uğurla istinad etmək üçün təkcə COVID-19-un mövcudluğu kifayət deyil; bunun üçün müvafiq sübutlar təqdim edilməli və hadisə ilə müqavilənin icra edilməməsi arasında hüquqi cəhətdən əsaslandırılmış səbəb-nəticə əlaqəsi qurulmalıdır. Eyni zamanda, bu yanaşma fors-major müddəalarının düzgün hazırlanmasının əhəmiyyətini də vurğulayır. Müqavilədə hansı pozuntuların üzrlü hesab ediləcəyi, hansı halların fors-major kimi qiymətləndiriləcəyi, səbəb-nəticə əlaqəsinin necə müəyyən ediləcəyi və fors-majorun hüquqi nəticələrinin nədən ibarət olacağı aydın şəkildə göstərilməlidir.
Müqavilə layihələndirilməsinin əhəmiyyəti - Nəticə etibarilə deyə bilərik ki, COVID-19 pandemiyasının müqavilə hüququna verdiyi ən mühüm töhfələrdən biri fors-major müddəalarının dəqiq və ətraflı şəkildə tərtib edilməsinin vacibliyidir. Müasir kommersiya müqavilələrinin əksəriyyətində artıq pandemiya, epidemiya, ictimai səhiyyə üzrə fövqəladə vəziyyət, karantin, dövlət məhdudiyyətləri və oxşar hallar ayrıca qeyd olunur. Bir çox müqavilələr bununla kifayətlənməyərək, hansı nəticələrin öhdəliyin icrasından azadolma yaratdığını, hansılarının isə yaratmadığını da açıq şəkildə müəyyən edir. Nəticədə, COVID-19-dan sonra bağlanmış müqavilələr 2020-ci ildən əvvəl bağlanmış müqavilələrlə müqayisədə fors-major baxımından tərəflərə daha yüksək hüquqi müəyyənlik təmin edir.
Bu gün COVID-19 force majeure hadisəsi hesab edilə bilərmi? Qısa cavab olaraq deyə bilərok ki, xeyr-Səbəb virusun tamamilə yox olması deyil, COVID-19 və onun adi nəticələrinin artıq proqnozlaşdırıla bilən risk hesab edilməsidir. Pandemiya müqavilə hüququnda yanaşmanı dəyişdirdi: böhran baş verdikdən sonra force majeure müddəalarına istinad etmək əvəzinə, pandemiya risklərinin əvvəlcədən və dəqiq müqavilə şərtləri ilə tənzimlənməsi daha vacib oldu. Ümumi qayda olaraq, tərəfin maliyyə vəziyyətinin pisləşməsi onu avtomatik olaraq ödəniş öhdəliyindən azad etmir. Bununla belə, müqavilədəki force majeure müddəası xüsusi olaraq nəzərdə tuta bilər ki, pandemiya və ya epidemiya tərəfin öhdəliklərini yerinə yetirməsinə ciddi maneə yaratdıqda, müəyyən öhdəliklər, xüsusilə ödəniş öhdəlikləri, hadisə davam etdiyi müddətdə dayandırılsın və ya dəyişdirilsin. COVID-19 dövründə sübut olundu ki, dünya qlobal böhranla üzləşməsinə baxmayaraq, bəzi şirkətlər mənfəətlərini artırmağa nail oldular. Ən yüksək göstəricilərə malik 20 şirkətdən ikisi əczaçılıq və səhiyyə sektorunda, ikisi tibbi avadanlıq sahəsində, üçü maliyyə xidmətləri sektorunda, yeddisi isə texnologiya, rabitə və elektronika sənayesində fəaliyyət göstərirdi. Məsələn, Kaliforniyada yerləşən diaqnostik tibbi məhsullar istehsalçısı Quidel şirkətinin gəliri 2019–2020-ci illər arasında 534,9 milyon ABŞ dollarından 1,7 milyard ABŞ dollarına yüksələrək təxminən 211% artdı. Nəticə etibarilə, COVID-19-un iqtisadi təsiri bütün sahələr üçün eyni olmadı. Buna görə də pandemiya nəticəsində yaranan maliyyə çətinlikləri özlüyündə force majeure sayılmır. Müasir müqavilə praktikasında əsas məsələ pandemiyanın mövcudluğu deyil, onun konkret müqavilədə necə tənzimləndiyi və tərəflərin risk bölgüsünü necə müəyyən etdiyidir.
İstinadlar:
- Act of God, Barnes Walker Legal Glossary, https://barneswalker.com/legal-glossary/a/act-of-god/.
- CISG Advisory Council, CISG-AC Opinion No. 7: Exemption of Liability for Damages Under Article 79 of the CISG ¶ 3.1 (Oct. 12, 2007), https://cisgac.com/opinions/cisgac-opinion-no-7/.
- Does the Covid-19 Outbreak Constitute a Force Majeure Event?, Davidson Chalmers Stewart (Mar. 26, 2020), https://www.dcslegal.com/news-insights/does-covid-19-outbreak-constitute-force-majeure-event/.
- Int'l Chamber of Com., ICC Force Majeure and Hardship Clauses (Mar. 2020), https://iccwbo.org/wp-content/uploads/sites/3/2020/03/icc-forcemajeure-hardship-clauses-march2020.pdf.
- John R. Clark, Can I Get Force Majeure from a Novel Coronavirus?, 39 Air Med. J. 235 (2020), https://doi.org/10.1016/j.amj.2020.04.019.
- M/S Halliburton Offshore Services Inc. v. Vedanta Ltd., O.M.P. (I) (COMM.) No. 88/2020, ¶ 69 (Delhi High Ct. May 29, 2020).
- Naomi Davies, Which Companies Have Been the Winners of the Covid-19 Pandemic?, Investment Monitor (Mar. 29, 2021), https://www.investmentmonitor.ai/features/companies-winners-covid-19-pandemic/.
- Priyasundari Natarajan, May the Force Majeure Be with You: The Impact of COVID-19 on the Force Majeure Clause in International Commercial Contracts, 21 Santa Clara J. Int'l L. 1, 6 (2022).
- Saima Shabir, A Guide to Boilerplate Clauses: What Are Boilerplate Clauses and How Are They Used?, Geldards (Jan. 26, 2026), https://www.geldards.com/insights/a-guide-to-boilerplate-clauses/.
- Stewarts Law LLP, Force Majeure – Litigation in the Wake of Covid-19: Answers to Webinar Questions, Question 4 (2020), https://www.stewartslaw.com/wp-content/uploads/2020/05/Force-majeure-%E2%80%93-litigation-in-the-wake-of-Covid-19-Answers-to-Webinar-....pdf.
- Ş. Esra Kiraz & Esra Yıldız Üstün, COVID-19 and Force Majeure Clauses: An Examination of Arbitral Tribunal's Awards, 25 Uniform L. Rev. 439 (2020).
- United Nations Convention on Contracts for the International Sale of Goods, Section IV (Exemptions), arts. 79–80, Apr. 11, 1980, 1489 U.N.T.S. 3.
From Lockdowns to Litigation: Legacy of COVID-19 on Force Majeure
As we all remember days when we were stuck at home, it was hard to go out, we needed masks and kept our distance from each other. The world shut down in 2020 because of Covid-19 pandemy: therefore, it has created a domino effect in every aspect of trade, business, economy, health and other areas. It is no coincidence that it did not miss the “contracts” either, since millions of them suddenly became impossible to perform. Before Covid-19 lawyers were drafting contracts and including force-majeure clause (after this FM) in boilerplate provisions(standardized contract provisions that deal with how a contract operates rather than its commercial terms) and were not paying attention its essence; however, FM became centre of countless legal disputes.
What is force-majeure? - We know 2 principles from contract law: pacta sund servanda which means agreements must be honored and parties are expected to perform their contractual obligations; nevertheless, rebus sic stantibus releases obligations that are put on parties because of unexpected changes in the world. International Chamber of Commerce (ICC) published the updated 2020 Force Majeure and Hardship Clauses (FMC) in March 2020 and explained FM: the occurrence of an event or circumstance (‘Force majeure Event’) that prevents or impedes a party from performing one or more of its contractual obligations under the contract, if and to the extent that the party affected by the impediment (‘the Affected Party’) proves:
a. that such impediment is beyond its reasonable control; and
b. that it could not reasonably have been foreseen at the time of the conclusion of the contract; and
c. that the effects of the impediment could not reasonably have been avoided or overcome by the Affected Party.
These criteria are taken into consideration while determining if COVID-19 qualifies as an impediment that requires FM.
As it is noticed, the concept of FM plays a pivotal role in international commercial law. Similar principles are reflected in Article 79 of the United Nations Convention on Contracts for the International Sale of Goods (CISG) and Article 7.1.7 of the International Institute for the Unification of Private Law (UNIDROIT) Principles of International Commercial Contracts (PICC). Although their wording differs slightly, both clauses adopt basically the same standards for exempting a party from liability when non-performance occurs from an obstacle beyond its control that was unpredictable and could not have been reasonably avoided or overcome.
ICC 2020 makes burden easier, what about CISG and PICC..? - In order to apply FM, there must first be an impediment. When we say impediment, it means the parties could not reasonably have anticipated it when they concluded the contract and the event makes the performance of the contract excessively difficult or impossible. If we review CISG and PICC, we can observe that they do not provide the list that can be considered as the impediments. However, according to the practice of courts, these are usually deemed to be impediments: war, terrorist acts, riots, blockades, and acts of God are deemed to be impediments. Another aspect is that ICC 2020 presumes FM events: war, terrorism, embargo, government order, epidemic, natural disaster, fire, strike and etc. Here, “epidemic” is written and if we interpret, the COVID pandemic is a broader event than an epidemic and parties affected by COVID-19 have a stronger basis for invoking FM.
The crux of the problem starts to lie here since CISG and PICC do not include “epidemic” and it is not possible to go the analogy as in ICC. One of the most debated questions arising from the COVID-19 pandemic is whether it can be classified as an Act of God. Traditionally, an Act of God refers to natural events beyond human control, such as earthquakes, floods, and hurricanes. However, the more significant legal question is not whether COVID-19 fits within the traditional concept of an Act of God, but whether it constitutes an "impediment" under Article 79 of the CISG. Article 79 does not require an event to be classified as an Act of God; it only requires that the impediment be beyond the affected party's control and satisfy the remaining conditions for exemption. This interpretation is reinforced by modern international commercial practice, including the ICC FM Clause, which expressly recognises epidemics as FM events, supporting a broader and more flexible application of Article 79.
Beyond parties’ control- It shows that impediment is beyond the control of the party and that party is not able to prevent it. As it is mentioned above, ICC 2020 demonstrates beyond “reasonable” control which means whether a normal business handle the event or not. If the answer is "no," the possibility of FM increases. ICC demonstrates some events already under FM; therefore, if the event is on that list, the party no longer has to prove separately that "this event is beyond my control.” COVID-19 was a global pandemic beyond the control of governments, scientists, and individuals. Initially, it appears to satisfy the "beyond control" requirement. However, the essential question is whether it was beyond the control of the affected party in the particular contract. The "beyond control" condition is more likely to be met if the non-performance was caused by unavoidable external actions, such as government-imposed lockdowns, border closures, export restrictions; on the other hand, issues that arise from a company's internal organization, like inadequate planning, other business management failures are less likely to qualify as FM and typically stay within the party's own sphere of risk.
Foreseeability changed over time - This is considered the harsh part of the test since everything somehow can be expected before it had happened. Wars, floods, earthquakes, fires, embargoes have all happened in history; so, they all have the potential to happen again. However, foreseeability is always assessed based on the date the contract was concluded. There is a very important principle here. The court does not ask "Did this particular person know?" It questions: “Would a reasonable person have known?” CISG Article 8(2) and UNIDROIT Article 4.1(2) states that a reasonable person is a normal person in the same situation who exercises normal judgment under the same or similar circumstances as the party concerned. COVID is not automatically unpredictable for every contract. Rather, each contract should be examined separately. During the pandemic, governments have taken decisions such as lockdown, export ban, border closure. This raises the question-If the state itself is a party to the contract, should it have known its decisions in advance? - not always, because during the COVID period, decisions changed every day. Not even state authorities knew what action would be taken a month later. Therefore, these measures may not be considered foreseeable in some cases. If we conclude, contracts concluded before December 31, 2019 and COVID was not yet known. Therefore, it will most likely be considered unforeseeable. Between December 31, 2019 and March 11, 2020 the virus was already known, but the pandemic had not been declared. Contracts concluded during the pandemic and state of emergency and the risk was already known and FM claim will be more difficult. Contracts concluded after the state of emergency ended-the risks of the pandemic were already known to everyone and it will become even more difficult to refer to COVID in such contracts.
Courts did not automatically excuse non-performance - In M/S Halliburton Offshore Services Inc. v Vedanta Ltd. (2020), the Delhi High Court held that COVID-19 and the resulting government lockdown could constitute a FM event, but they do not automatically excuse contractual non-performance. The affected party must prove a direct causal link between the pandemic and its inability to perform since a party already in default before the FM event cannot use the event to excuse its earlier breach. This reasoning highlights that successful reliance on FM depends on evidence rather than the mere existence of COVID-19. It also emphasises how crucial it is to construct FM clauses properly, defining the excused breach precisely, outlining the circumstances covered by FM, establishing the necessary causal connection, and outlining the legal ramifications of excused performance.
Importance of Contract Drafting: To conclude, one of the greatest lessons from COVID-19 is the importance of carefully drafted FM clauses. Many modern commercial agreements now expressly include terms such as: pandemic, epidemic, public health emergency, quarantine, government restrictions and others go even further by specifying which consequences excuse performance and which do not. As a result, post-COVID contracts provide far greater certainty than many agreements signed before 2020
Can COVID-19 be considered a FM event today? - The final answer is no—not because the virus has disappeared, but rather because the pandemic and its typical consequences are now fully foreseeable. COVID-19 changed the focus from relying on FM after a crisis occurs to proactively managing pandemic risks through carefully drafted contractual provisions. As a general rule, it should be noted if the party’s financial situation has been gotten worse, it does not automatically exempt a party from payment; however, a FM clause may explicitly provide that some duties, especially payment requirements, may be suspended or altered for the duration of the event if a pandemic or epidemic hinders or severely affects a party's ability to perform its contractual obligations. During Covid-19 it was proved that despite the world was facing crisis, some companies increased their profit. Of the top 20 companies, two were in the pharmaceutical and healthcare sector, two were in medical equipment, three were in financial services, and seven were in the technology, communications, and electronics industry. As an example, Quidel, a significant producer of diagnostic healthcare goods with headquarters in California, saw a 211% rise in revenue from $534.9 million to $1.7 billion between 2019 and 2020. To sum up, industries were not equally impacted by the COVID-19 pandemic. While enterprises in the pharmaceutical, technology, and e-commerce sectors grew significantly, those in the tourism, hospitality, and physical retail sectors suffered large losses, prompting many to halt operations or close permanently.
References:
- Act of God, Barnes Walker Legal Glossary, https://barneswalker.com/legal-glossary/a/act-of-god/.
- CISG Advisory Council, CISG-AC Opinion No. 7: Exemption of Liability for Damages Under Article 79 of the CISG ¶ 3.1 (Oct. 12, 2007), https://cisgac.com/opinions/cisgac-opinion-no-7/.
- Does the Covid-19 Outbreak Constitute a Force Majeure Event?, Davidson Chalmers Stewart (Mar. 26, 2020), https://www.dcslegal.com/news-insights/does-covid-19-outbreak-constitute-force-majeure-event/.
- Int'l Chamber of Com., ICC Force Majeure and Hardship Clauses (Mar. 2020), https://iccwbo.org/wp-content/uploads/sites/3/2020/03/icc-forcemajeure-hardship-clauses-march2020.pdf.
- John R. Clark, Can I Get Force Majeure from a Novel Coronavirus?, 39 Air Med. J. 235 (2020), https://doi.org/10.1016/j.amj.2020.04.019.
- M/S Halliburton Offshore Services Inc. v. Vedanta Ltd., O.M.P. (I) (COMM.) No. 88/2020, ¶ 69 (Delhi High Ct. May 29, 2020).
- Naomi Davies, Which Companies Have Been the Winners of the Covid-19 Pandemic?, Investment Monitor (Mar. 29, 2021), https://www.investmentmonitor.ai/features/companies-winners-covid-19-pandemic/.
- Priyasundari Natarajan, May the Force Majeure Be with You: The Impact of COVID-19 on the Force Majeure Clause in International Commercial Contracts, 21 Santa Clara J. Int'l L. 1, 6 (2022).
- Saima Shabir, A Guide to Boilerplate Clauses: What Are Boilerplate Clauses and How Are They Used?, Geldards (Jan. 26, 2026), https://www.geldards.com/insights/a-guide-to-boilerplate-clauses/.
- Stewarts Law LLP, Force Majeure – Litigation in the Wake of Covid-19: Answers to Webinar Questions, Question 4 (2020), https://www.stewartslaw.com/wp-content/uploads/2020/05/Force-majeure-%E2%80%93-litigation-in-the-wake-of-Covid-19-Answers-to-Webinar-....pdf.
- Ş. Esra Kiraz & Esra Yıldız Üstün, COVID-19 and Force Majeure Clauses: An Examination of Arbitral Tribunal's Awards, 25 Uniform L. Rev. 439 (2020).
- United Nations Convention on Contracts for the International Sale of Goods, Section IV (Exemptions), arts. 79–80, Apr. 11, 1980, 1489 U.N.T.S. 3.
От карантинных ограничений до судебных споров: наследие COVID-19 в сфере Форс-мажора
Все мы помним период пандемии, когда люди были вынуждены оставаться дома, ограничивать передвижение, носить защитные маски и соблюдать социальную дистанцию, стал беспрецедентным этапом современной истории, оказавшим существенное влияние практически на все сферы общественной жизни. В 2020 году мировая экономика столкнулась с масштабным кризисом, вызванным пандемией COVID-19, что привело к существенным последствиям во всех сферах: международной торговле, предпринимательской деятельности, экономике, здравоохранении и других областях. Неудивительно, что данный кризис не оставил без воздействия и договорные отношения, поскольку миллионы договоров внезапно оказались невозможными или значительно затруднёнными для исполнения. До начала пандемии COVID-19 юристы обычно включали положения о форс-мажоре (далее - ФМ) в так называемые boilerplate provisions - стандартизированные договорные положения, регулирующие общие механизмы функционирования договора, а не его коммерческие условия. Однако во время пандемии ФМ-ное условие превратилось из стандартного элемента договора в центральный объект многочисленных судебных споров.
Что такое ФМ? - В договорном праве существуют два фундаментальных принципа. Первый - pacta sunt servanda, согласно которому договоры должны соблюдаться, а стороны обязаны исполнять принятые на себя договорные обязательства. Однако принцип rebus sic stantibus допускает освобождение стороны от исполнения обязательств в случае существенного изменения обстоятельств, которые невозможно было разумно предвидеть при заключении договора. В марте 2020 года Международная торговая палата (МТП) опубликовала обновлённые Правила о ФМ и существенном изменении обстоятельств 2020 года, в которых ФМ определяется как возникновение события или обстоятельства («ФМ-ное событие»), препятствующего или ограничивающего возможность стороны исполнить одно или несколько договорных обязательств, если и в той мере, в какой затронутая сторона докажет:
a) что такое препятствие находится вне её разумного контроля;
b) что оно не могло быть разумно предвидено на момент заключения договора;
c) что последствия данного препятствия не могли быть разумно предотвращены или преодолены затронутой стороной.
Именно данные критерии учитываются при определении того, может ли COVID-19 рассматриваться как препятствие, предоставляющее право на освобождение от ответственности вследствие ФМ-а.
ФМ в международном коммерческом праве: Конвенция ООН о договорах международной купли-продажи товаров и Принципы международных коммерческих договоров УНИДРУА. Концепция ФМ-а играет ключевую роль в международном коммерческом праве. Аналогичные правовые подходы закреплены в статье 79 Конвенции Организации Объединённых Наций о договорах международной купли-продажи товаров (далее-Конвенция) и статье 7.1.7 Принципов международных коммерческих договоров УНИДРУА (далее - Принципы УНИДРУА). Несмотря на некоторые различия в формулировках, оба документа предусматривают практически одинаковый стандарт освобождения стороны от ответственности в случаях, когда неисполнение обязательства вызвано препятствием, находящимся вне её контроля, которое невозможно было предвидеть и разумно предотвратить или преодолеть.
Оговорки МТП о ФМ-е облегчает доказывание: но что насчёт Конвенции и Принципов УНИДРУА? Для применения института ФМ-а прежде всего необходимо наличие препятствия. Под препятствием понимается обстоятельство, которое стороны не могли разумно предусмотреть при заключении договора и которое делает исполнение обязательства невозможным либо чрезмерно затруднительным. При анализе Конвенции и Принципов УНИДРУА становится очевидно, что данные документы не содержат конкретного перечня обстоятельств, которые могут считаться препятствиями. Однако согласно судебной практике к таким обстоятельствам обычно относятся войны, террористические акты, массовые беспорядки, блокады и события, относимые к категории Act of God (далее-стихийные бедствия). В отличие от Конвенции и Принципов УНИДРУА, правила МТП 2020 содержат примерный перечень обстоятельств, которые могут квалифицироваться как ФМ-ные события: война, терроризм, эмбарго, государственные распоряжения, эпидемии, стихийные бедствия, пожары, забастовки и другие обстоятельства. Особое значение имеет тот факт, что МТП прямо использует термин «эпидемия». При расширительном толковании пандемия COVID-19 представляет собой более масштабное явление, чем эпидемия, что предоставляет сторонам более убедительную основу для ссылки на ФМ.
Однако основная сложность возникает именно в отношении Конвенции и Принципов УНИДРУА, поскольку они прямо не упоминают эпидемии и не допускают автоматического применения аналогии с положениями МТП. Может ли COVID-19 считаться стихийным бедствием. Одним из наиболее дискуссионных вопросов, возникших в связи с пандемией COVID-19, является возможность её квалификации как стихийного бедствия. Традиционно данный термин используется для обозначения природных явлений, находящихся вне человеческого контроля, например землетрясений, наводнений или ураганов. Однако ключевой юридический вопрос заключается не в том, соответствует ли COVID-19 классической концепции стихийного бедствия, а в том, является ли пандемия «препятствием» в смысле статьи 79 Конвенции. Cтатья 79 Конвенции не требует, чтобы событие было классифицировано именно как стихийное бедствие. Она предусматривает лишь необходимость доказать, что препятствие находилось вне контроля стороны и соответствовало другим условиям освобождения от ответственности. Такое толкование подтверждается современной международной коммерческой практикой, включая положения МТП, которые прямо признают эпидемии как возможные ФМ-ные обстоятельства и поддерживают более гибкий подход к применению статьи 79 Конвенции.
Находится ли событие вне контроля стороны? - Данное условие означает, что сторона не могла предотвратить возникновение препятствия или устранить его последствия посредством разумных мер. МТП 2020 использует формулировку «вне разумного контроля», что предполагает оценку того, могла ли обычная коммерческая организация предотвратить или преодолеть последствия соответствующего события. Если обстоятельство включено в перечень предполагаемых ФМ-ных событий МТП, сторона освобождается от необходимости отдельно доказывать, что такое событие находилось вне её контроля. COVID-19 представлял собой глобальную пандемию, находившуюся вне контроля государств, научного сообщества и отдельных лиц. На первый взгляд, он соответствует критерию «вне контроля». Однако решающим является вопрос о том, находилось ли конкретное препятствие вне контроля именно затронутой стороны в рамках конкретного договорного отношения. Данное условие чаще выполняется, если неисполнение вызвано внешними и неизбежными мерами, например: государственными ограничениями, закрытием границ, экспортными запретами, обязательными карантинными мерами. В то же время внутренние проблемы компании, такие как недостаточное планирование, ошибки управления или организационные недостатки, обычно не признаются ФМ-ными обстоятельствами, поскольку относятся к сфере предпринимательского риска самой стороны.
Изменение критерия предвидимости со временем. Критерий предвидимости является одним из наиболее сложных элементов анализа ФМ-а, поскольку практически любое событие в определённой степени может быть предсказуемым. История показывает, что войны, природные катастрофы, пожары и эмбарго уже происходили ранее, а значит, теоретически могли повториться. Однако вопрос предвидимости всегда оценивается исходя из даты заключения договора. Суд не задаёт вопрос: «Знал ли конкретный человек об этом событии?». Вместо этого применяется объективный стандарт: «Могло ли разумное лицо предвидеть такое обстоятельство?» Статья 8(2) Конвенции о договорах международной купли-продажи товаров и статья 4.1(2) Принципов УНИДРУА закрепляют критерий разумного лица как лица, действующего в аналогичных обстоятельствах и применяющего обычный уровень осмотрительности и суждения. Следовательно, COVID-19 не может автоматически считаться непредвиденным обстоятельством для всех договоров. Каждый договор должен анализироваться индивидуально. В период пандемии правительства принимали решения о введении карантинных ограничений, запретах на экспорт и закрытии границ. Возникает вопрос: если государство является стороной договора, должно ли оно было заранее знать о собственных будущих решениях? Ответ не всегда является положительным, поскольку в период пандемии государственные решения изменялись практически ежедневно, и даже государственные органы не могли точно прогнозировать меры, которые будут приняты спустя месяц. Таким образом: договоры, заключённые до 31 декабря 2019 года, скорее всего, будут соответствовать критерию непредвидимости; договоры, заключённые в период с 31 декабря 2019 года по 11 марта 2020 года, требуют более детального анализа;договоры, заключённые после официального признания пандемии и введения чрезвычайных мер, будут иметь значительно более сложное основание для применения ФМ-а.
Суды не освобождали стороны автоматически от исполнения обязательств- В деле M/S Halliburton Offshore Services Inc. v Vedanta Ltd. (2020) Высокий суд Дели постановил, что COVID-19 и связанные с ним государственные ограничения могут представлять собой ФМ-ное событие. Однако само наличие пандемии автоматически не освобождает сторону от ответственности за неисполнение договора. Затронутая сторона должна доказать наличие прямой причинно-следственной связи между пандемией и невозможностью исполнения обязательства. Кроме того, сторона, которая уже находилась в состоянии нарушения договора до возникновения ФМ-ного события, не может использовать пандемию как основание для освобождения от ответственности за ранее допущенное нарушение. Данный подход подчёркивает, что успешное применение ФМ-ной оговорки зависит не от самого существования COVID-19, а от способности стороны представить убедительные доказательства. Он также демонстрирует важность правильного составления договорных положений: необходимо точно определять виды нарушений, которые освобождаются от ответственности, обстоятельства, охватываемые ФМ-ом, необходимую причинную связь и правовые последствия освобождения от исполнения.
Значение договорного регулирования: Одним из важнейших выводов пандемии COVID-19 является необходимость тщательной разработки ФМ-ных оговорок. Современные коммерческие договоры всё чаще прямо включают такие категории, как: пандемия, эпидемия, чрезвычайная ситуация в сфере здравоохранения, карантин, государственные ограничения. Некоторые договоры идут ещё дальше, подробно определяя, какие именно последствия освобождают сторону от исполнения обязательств, а какие - нет. Таким образом, договоры, заключённые после COVID-19, обеспечивают значительно большую юридическую определённость по сравнению с соглашениями, подписанными до 2020 года.
Может ли COVID-19 считаться ФМ-ом сегодня? - Окончательный ответ - скорее нет. Причина заключается не в исчезновении вируса, а в том, что пандемия и её типичные последствия стали широко известными и предсказуемыми. COVID-19 изменил подход к ФМ-у: вместо последующего обращения к нему после возникновения кризиса стороны начали активно управлять потенциальными рисками посредством заранее подготовленных договорных положений. Следует отметить, что ухудшение финансового положения стороны само по себе не освобождает её от исполнения денежных обязательств. Однако договорная ФМ-ная оговорка может прямо предусматривать возможность приостановления или изменения отдельных обязательств, включая платежные обязанности, если пандемия или эпидемия существенно препятствует исполнению договора. Пандемия также показала, что экономические последствия были неодинаковыми для всех компаний. Несмотря на глобальный кризис, некоторые предприятия значительно увеличили прибыль. Среди 20 крупнейших компаний мира две относились к фармацевтическому и медицинскому сектору, две - к производству медицинского оборудования, три - к финансовым услугам и семь - к технологической, коммуникационной и электронной промышленности. Например, американская компания Quidel, являющаяся крупным производителем диагностического медицинского оборудования, увеличила свою выручку с 534,9 млн долларов США в 2019 году до 1,7 млрд долларов США в 2020 году, что составило рост на 211%. Таким образом, пандемия COVID-19 оказала неодинаковое влияние на различные отрасли экономики. В то время как фармацевтический сектор, технологические компании и электронная коммерция продемонстрировали значительный рост, туристическая индустрия, гостиничный бизнес и традиционная розничная торговля понесли существенные убытки, что привело многие предприятия к приостановлению деятельности или окончательному закрытию.
Используемая литература:
- Act of God, Barnes Walker Legal Glossary, https://barneswalker.com/legal-glossary/a/act-of-god/.
- CISG Advisory Council, CISG-AC Opinion No. 7: Exemption of Liability for Damages Under Article 79 of the CISG ¶ 3.1 (Oct. 12, 2007), https://cisgac.com/opinions/cisgac-opinion-no-7/.
- Does the Covid-19 Outbreak Constitute a Force Majeure Event?, Davidson Chalmers Stewart (Mar. 26, 2020), https://www.dcslegal.com/news-insights/does-covid-19-outbreak-constitute-force-majeure-event/.
- Int'l Chamber of Com., ICC Force Majeure and Hardship Clauses (Mar. 2020), https://iccwbo.org/wp-content/uploads/sites/3/2020/03/icc-forcemajeure-hardship-clauses-march2020.pdf.
- John R. Clark, Can I Get Force Majeure from a Novel Coronavirus?, 39 Air Med. J. 235 (2020), https://doi.org/10.1016/j.amj.2020.04.019.
- M/S Halliburton Offshore Services Inc. v. Vedanta Ltd., O.M.P. (I) (COMM.) No. 88/2020, ¶ 69 (Delhi High Ct. May 29, 2020).
- Naomi Davies, Which Companies Have Been the Winners of the Covid-19 Pandemic?, Investment Monitor (Mar. 29, 2021), https://www.investmentmonitor.ai/features/companies-winners-covid-19-pandemic/.
- Priyasundari Natarajan, May the Force Majeure Be with You: The Impact of COVID-19 on the Force Majeure Clause in International Commercial Contracts, 21 Santa Clara J. Int'l L. 1, 6 (2022).
- Saima Shabir, A Guide to Boilerplate Clauses: What Are Boilerplate Clauses and How Are They Used?, Geldards (Jan. 26, 2026), https://www.geldards.com/insights/a-guide-to-boilerplate-clauses/.
- Stewarts Law LLP, Force Majeure – Litigation in the Wake of Covid-19: Answers to Webinar Questions, Question 4 (2020), https://www.stewartslaw.com/wp-content/uploads/2020/05/Force-majeure-%E2%80%93-litigation-in-the-wake-of-Covid-19-Answers-to-Webinar-....pdf.
- Ş. Esra Kiraz & Esra Yıldız Üstün, COVID-19 and Force Majeure Clauses: An Examination of Arbitral Tribunal's Awards, 25 Uniform L. Rev. 439 (2020).
- United Nations Convention on Contracts for the International Sale of Goods, Section IV (Exemptions), arts. 79–80, Apr. 11, 1980, 1489 U.N.T.S. 3.
Bir şərh yazın
Bir şərh yazın
Görüş təyin edin