Əmtəə nişanının qeydiyyatı çox vaxt onun hüquqi mühafizəsinin təmin edilməsində son mərhələ kimi qəbul edilir. Əslində isə qeydiyyat yalnız başlanğıcdır. Əmtəə nişanı dövriyyədə istifadə olunmağa başladıqdan sonra daha mühüm bir sual meydana çıxır: məsələ qanunun onu qoruyub-qorumamasında deyil, bu mühafizənin praktikada kim tərəfindən təmin edilməli olmasındadır.
Əmtəə nişanı qrafik formada ifadə olunan, bir sahibkarın mallarını və ya xidmətlərini digər sahibkarların mallarından və ya xidmətlərindən fərqləndirmək üçün nəzərdə tutulmuş işarə və ya işarələrin kombinasiyasıdır. Əmtəə nişanı üzərində müstəsna hüquq onun dövlət qeydiyyatı vasitəsilə əldə edilir. Müstəsna hüquq yarandıqdan sonra sual meydana çıxır: onun müdafiəsini kim təmin etməlidir? İlk baxışdan belə görünə bilər ki, məhz dövlət əmtəə nişanlarının qanunsuz istifadəsinin bütün hallarını müstəqil şəkildə aşkar etməyə və bu cür pozuntuların qarşısını almağa borcludur. Bu mövqe Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsaslana bilər. Həmin maddəyə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Lakin əqli mülkiyyət hüquqlarının müdafiə mexanizmi fərqli şəkildə qurulmuşdur. Dövlət həqiqətən hüquqların müdafiəsinə təminat verir, lakin hər bir qeydiyyata alınmış əmtəə nişanının istifadəsinə daimi nəzarət etmir və mümkün olan hər bir pozuntu halında öz təşəbbüsü ilə icraata başlamır. Hüquqların müdafiəsi üzrə əsas təşəbbüs hüquq sahibinə məxsusdur, dövlət isə hüquqi müdafiə sistemini yaradır və onun fəaliyyətini təmin edir. Bu məqalədə belə yanaşmanın səbəblərinə, habelə dövlətin əmtəə nişanları üzərində müstəsna hüquqların müdafiəsində iştirakının hüdudlarına baxılır.
Əmtəə nişanlarının mühafizəsi sahəsində dövlətin rolu təkcə milli qanunvericiliklə deyil, həm də Sənaye mülkiyyətinin mühafizəsi haqqında Paris Konvensiyasında təsbit edilmiş beynəlxalq öhdəliklərlə müəyyən edilir. Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq dövlətlər effektiv hüquqi müdafiə vasitələrini təmin etməli və maraqlı şəxslərə məhkəmə və inzibati orqanlara müraciət etmək imkanı yaratmalıdırlar. Bununla yanaşı, Konvensiya dövlət orqanlarının üzərinə müstəsna hüquqların pozulmasını müstəqil şəkildə aşkar etmək öhdəliyi qoymur. Əksinə, beynəlxalq tənzimləmə ondan çıxış edir ki, dövlətin vəzifəsi əqli mülkiyyət hüquqlarının müdafiəsi üçün səmərəli sistem yaratmaqdır, həmin sistemdən istifadə isə hüquq sahibinin təşəbbüsü ilə həyata keçirilir. Elmi ədəbiyyatda ÜTT-nin Əqli Mülkiyyət Hüquqlarının Ticarətlə Əlaqəli Aspektləri haqqında Sazişinin (TRIPS) müddəaları tez-tez təhlil olunur. Lakin Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olmadığından həmin müddəalar onun üçün məcburi xarakter daşımır. Beləliklə, beynəlxalq standartlar dövlətdən bazar üzərində daimi nəzarət həyata keçirməyi deyil, hüquqların müdafiəsi üçün səmərəli mexanizmlərin yaradılmasını tələb edir.
Dövlətin əsas funksiyası ilk növbədə hüquqların müdafiəsi üçün hüquqi mexanizmin yaradılmasından ibarətdir. Dövlət əqli mülkiyyət sahəsində qanunvericiliyi qəbul edir, əmtəə nişanlarının dövlət qeydiyyatını həyata keçirir, inzibati və məhkəmə orqanlarının fəaliyyətini təmin edir, hüquq pozuntularına görə inzibati və cinayət məsuliyyəti müəyyən edir. Beləliklə, dövlət hüququn müdafiəsi imkanını təmin edir, lakin hüquq sahibini əvəz etmir. Belə bir sual yaranır: dövlət nə üçün hər bir hüquq pozuntusunu müstəqil şəkildə aşkar etmir? Məhz burada mühüm bir fərqləndirmə aparılmalıdır. Qeydiyyat mərhələsində dövlət həqiqətən ilkin nəzarəti həyata keçirir. Belə ki, Azərbaycan Respublikasının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunu işarələrin qeydiyyatından imtina üçün bir sıra əsaslar nəzərdə tutur. Lakin işarənin qeydiyyata alınmadan istifadə edilməsi hallarında vəziyyət fərqlidir. Tutaq ki, sahibkar artıq qeydiyyata alınmış əmtəə nişanına oxşar işarədən istifadə etməyə başlayır, lakin həmin işarənin qeydiyyatı üçün ümumiyyətlə müraciət etmir. Oxşar işarədən istifadə edilməsinin özü hələ müstəsna hüququn pozulması demək deyildir. İstifadənin qanunsuz hesab edilməsi üçün bir sıra halların müəyyən edilməsi zəruridir: işarələrin oxşarlıq dərəcəsi, istehlakçılar arasında çaşdırılma ehtimalı, zərərin vurulması və ya vurulması ehtimalı, hüquq sahibinin əmtəə nişanının istifadəsinə razılığının olub-olmaması və digər hallar. Başqa sözlə, hüquq pozuntusunun mövcudluğu barədə nəticəyə yalnız işin konkret hallarının araşdırılmasından sonra gəlmək mümkündür. Məhz buna görə də qanunverici dövlətin üzərinə bazarda işarələrin istifadəsinin hər bir halını müstəqil şəkildə araşdırmaq vəzifəsini qoymur. Lakin bu o demək deyildir ki, dövlət əmtəə nişanlarının müdafiəsindən tamamilə kənarda qalır. Əksinə, qanunverici ən təhlükəli hüquq pozuntularına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutmuşdur.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 412-ci maddəsi başqasına məxsus əmtəə nişanından, xidmət nişanından və ya malın mənşə yerinin adından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən edir. Bu kateqoriyadan olan işlər əqli mülkiyyət sahəsində səlahiyyətli orqan – Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən baxılır. Əgər hüquq pozuntusu eyni zamanda haqsız rəqabət aktı təşkil edirsə, səlahiyyət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə aid ola bilər. Lakin burada praktik bir məsələ ortaya çıxır. Qanunverici inzibati məsuliyyət nəzərdə tutsa da, səlahiyyətli orqanın Nizamnaməsində bu cür hüquq pozuntularının müstəqil şəkildə aşkar edilməsinə dair ətraflı tənzimlənmiş mexanizm mövcud deyildir, baxmayaraq ki, belə halların qarşısının alınması vəzifəsi təsbit edilmişdir. Praktikada agentliyin fəaliyyəti əsasən daxil olmuş müraciətlərə baxılması, ekspertizaların aparılması və qanunla nəzərdə tutulmuş inzibati prosedurların həyata keçirilməsi ilə məhdudlaşır. Bu isə bir daha təsdiq edir ki, hüquqların müdafiəsi təşəbbüsü əhəmiyyətli dərəcədə məhz hüquq sahibindən asılıdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197-ci maddəsi əməlin təkrar törədilməsi və ya xeyli zərər vurması hallarında əmtəə nişanından qanunsuz istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutur. Beləliklə, dövlət bu cür hüquq pozuntularının ictimai təhlükəliliyini tanıyır və əmtəə nişanlarından qanunsuz istifadənin ən ağır formalarını kriminallaşdırır. Lakin cinayət məsuliyyətinin mövcudluğu belə cinayət işinin avtomatik başlanması demək deyildir. Cinayət Məcəlləsinin 197-ci maddəsi ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlərə aiddir. Bu isə o deməkdir ki, cinayət təqibi, bir qayda olaraq, zərərçəkmiş şəxsin şikayəti əsasında başlanır. Yalnız müstəsna hallarda, məsələn, cinayət dövlətin və ya cəmiyyətin mənafelərinə toxunduqda, vəzifəli şəxslər tərəfindən və ya onlara qarşı törədildikdə, zərərçəkmiş köməksiz vəziyyətdə olduqda və ya qanunla nəzərdə tutulmuş digər əsaslar mövcud olduqda, prokuror zərərçəkmişin şikayəti olmadan cinayət işi başlada bilər. Beləliklə, hətta cinayət-prosessual qanunvericilik də əksər işlər üzrə icraatın başlanması təşəbbüsünün zərərçəkmişə məxsus olması prinsipindən çıxış edir.
Müstəsna hüququn müdafiəsi təşəbbüsünün hüquq sahibinin üzərinə qoyulması iki əsas səbəblə izah olunur:
Birinci səbəb dövlət tərəfindən tam nəzarətin həyata keçirilməsinin praktik baxımdan mümkün olmamasıdır. Müasir mülki dövriyyədə eyni vaxtda minlərlə qeydiyyata alınmış əmtəə nişanından istifadə olunur. Hər gün yeni mallar, onlayn mağazalar, sosial şəbəkələrdə paylaşımlar və marketpleyslərdə yeni elanlar meydana çıxır. İşarələrin istifadəsinin hər bir halına daimi nəzarətin həyata keçirilməsi obyektiv olaraq mümkün deyildir. Bundan əlavə, oxşar işarənin aşkar edilməsi öz-özlüyündə hələ qanun pozuntusunun mövcudluğu demək deyildir. Hüquq pozuntusunun müəyyən edilməsi üçün işin hallarının kompleks hüquqi qiymətləndirilməsi tələb olunur ki, bu da avtomatik şəkildə həyata keçirilə bilməz. Bununla yanaşı, dövlət orqanları məhdud maliyyə, kadr və təşkilati resurslara malikdir. Kommersiya dövriyyəsinin bütün sahələrinin fasiləsiz monitorinqinin təşkili qeyri-mütənasib xərclər tələb edər və digər ictimai əhəmiyyətli funksiyaların yerinə yetirilməsində çətinliklər yaradar. Buna görə də dövlət bazarda istifadə olunan bütün əmtəə nişanlarına tam nəzarəti obyektiv olaraq həyata keçirmək iqtidarında deyildir. Nəticə etibarilə, hüquq pozuntularının aşkar edilməsi və qarşısının alınması təşəbbüsü ilk növbədə hüquq sahibinin üzərinə düşür.
İkinci səbəb müstəsna hüququn xüsusi hüquqi təbiəti ilə bağlıdır. Əmtəə nişanı xüsusi hüququn obyektidir və buna görə də onun qanunsuz istifadəsinin iqtisadi nəticələri ilk növbədə hüquq sahibinə təsir göstərir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən, qeydiyyata alınmış əmtəə nişanının sahibi öz razılığı olmadan üçüncü şəxslərin ticarət fəaliyyətində eyni və ya oxşar mallar və xidmətlər üzrə eyni və ya oxşar işarələrdən istifadə etməsini, əgər belə istifadə malların və ya xidmətlərin qarışdırılması ehtimalını yaradırsa, qadağan etmək üçün müstəsna hüquqa malikdir. Beləliklə, qanun hüquq sahibinə ona məxsus əmtəə nişanının müdafiəsi məsələsini müstəqil şəkildə həll etmək üçün müstəsna hüquq verir.
Məhz hüquq sahibi istifadə olunan işarənin ona real zərər vurub-vurmadığını, iddia irəli sürməkdə maraqlı olub-olmadığını və ümumiyyətlə məhkəmə araşdırmasına başlamağın məqsədəuyğun olub-olmadığını hamıdan daha yaxşı müəyyən edə bilir. Bundan əlavə, hətta ümumi hüquq sisteminə malik dövlətlərdə belə, hüquq pozuntusunun müəyyən edilməsi üçün yalnız oxşar işarənin aşkar edilməsi kifayət etmir.
Belə ki, passing off doktrinası çərçivəsində iddiaçı aşağıdakı üç məcburi elementi sübut etməlidir:
- işgüzar nüfuzun (goodwill) mövcudluğunu;
- istehlakçıların yanıldılması (misrepresentation);
- zərərin vurulmasını və ya vurulması ehtimalını (damage).
Beləliklə, hüquq pozuntusunun mövcudluğu məsələsi hər bir konkret işin hallarının qiymətləndirilməsini tələb edir və dövlət orqanı tərəfindən avtomatik qaydada həll oluna bilməz.Bu yanaşma Adidas America, Inc. v. Payless ShoeSource, Inc. işi ilə aydın şəkildə təsdiq olunur. Həmin işdə məhz Adidas şirkəti əmtəə nişanı hüquqlarını pozduğu iddia edilən zolaq elementlərindən istifadə edən pərakəndə satıcıya qarşı məhkəmə iddiası qaldırmışdır. Məhkəmə cavabdehə qarşı əhəmiyyətli məbləğdə kompensasiyanın ödənilməsinə qərar vermişdir. Bu iş göstərir ki, hətta tanınmış əmtəə nişanları ilə bağlı hallarda belə, hüquqların müdafiəsi dövlət orqanlarının təşəbbüsü ilə deyil, hüquq sahibinin təşəbbüsü ilə həyata keçirilir.
Beləliklə, əmtəə nişanlarının hüquqi müdafiəsi dövlətin və ya hüquq sahibinin üstün roluna deyil, onların funksiyalarının düzgün bölüşdürülməsinə əsaslanır. Hüquq sahibi öz hüququnun pozulub-pozulmadığını və onun müdafiəsinə ehtiyac olub-olmadığını qiymətləndirir, dövlət isə bu hüququn müdafiəsi üçün zəruri hüquqi mexanizmləri yaradır və onların səmərəli fəaliyyətini təmin edir. Belə bir yanaşma həm dövlətin bazara tam nəzarət etməsinin praktik cəhətdən mümkün olmaması, həm də əmtəə nişanı üzərində müstəsna hüququn xüsusi hüquqi təbiəti ilə izah olunur. Nəticədə hüquq sahibinin təşəbbüsü ilə dövlətin təmin etdiyi hüquqi müdafiə mexanizmlərinin uzlaşmasına əsaslanan balanslı müdafiə sistemi formalaşır.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
- Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi
- Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu
- Paris Convention for the Protection of Industrial Property of March 20, 1883
- Agreement on Trade-Related Aspects of Intellectual Property Rights 15 April 1994.
- Protection of Unregistered Well-Known Trademarks: The Bangladeshi Trademarks Regime Revisited By Mohammad Towhidul Islam 2021, Dhaka University Law Journal
- Adidas America, Inc et al v. Payless Shoesource, Inc.
State and Proprietor in Trademark Protection: Allocation of Functions
Registering a trademark is often perceived as the final step in securing legal protection. In reality, registration is only the beginning. Once a trademark enters the marketplace, the more important question is not whether the law protects it, but who is responsible for ensuring that protection in practice.
A trademark is a sign or a combination of signs in graphic form, intended to distinguish the goods or services of one entrepreneur from the goods or services of other entrepreneurs. The exclusive right to a trademark arises upon its state registration. Once the exclusive right has been established, the inevitable question arises: who should ensure its protection? At first glance, it may seem that the state is obliged to independently identify all cases of unlawful trademark use and suppress such infringements. This position may be substantiated by Article 12 of the Constitution of the Republic of Azerbaijan, according to which ensuring the rights and freedoms of person and citizen constitutes the highest objective of the state. However, the mechanism for the protection of intellectual property is structured differently. While the state indeed guarantees the protection of rights, it does not continuously monitor the use of each trademark or initiate proceedings on its own whenever a potential infringement occurs. The primary responsibility for initiating the protection of trademark rights lies with the right holder, whereas the state establishes and ensures the functioning of the legal protection system. This article examines the reasons for this approach as well as the limits of state involvement in the protection of trademark rights.
The role of the state in the field of trademark protection is determined not only by national legislation but also by the international obligations set forth in the Paris Convention for the Protection of Industrial Property. Pursuant to Article 10 of the Convention, states are required to provide effective legal remedies and ensure that interested parties have access to judicial and administrative authorities. At the same time, the Convention does not impose an obligation on state authorities to independently detect infringements of exclusive rights. On the contrary, the international framework proceeds from the premise that the state’s duty is to establish an effective intellectual property protection system, while the use of that system is initiated by the proprietor. Academic literature frequently discusses the provisions of the TRIPS Agreement; however, these provisions are not binding on Azerbaijan, as the country is not yet a member of the World Trade Organization. Thus, international standards require not continuous state monitoring of the market, but rather the establishment of effective mechanisms for the protection of intellectual property rights.
The state adopts legislation in the field of intellectual property, carries out the state registration of trademarks, ensures the functioning of administrative authorities, provides judicial protection, and establishes administrative and criminal liability for infringements. Consequently, the state ensures the availability of legal protection but does not substitute itself for the right holder. The question then arises: why does the state not independently detect every infringement? It is at this point that an important distinction should be made. At the registration stage, the state indeed exercises prior control. For example, the Law of the Republic of Azerbaijan on Trademarks and Geographical Indications provides a number of grounds for refusing the registration of signs. However, situations involving the use of a trademark without registration must also be taken into account. For instance, an entrepreneur may begin using a sign similar to a registered trademark without applying for its registration at all. The key point is that the mere use of a similar sign does not in itself constitute an infringement of an exclusive right. In order to determine that the use is illegal, it is necessary to establish a number of circumstances, including the degree of similarity between the signs, the likelihood of consumer confusion, the existence of damage, whether authorization to use the trademark has been granted, and other relevant factors. In other words, a finding of infringement is possible only after the specific circumstances of the case have been examined. For this reason, the legislature does not impose upon the state an obligation to independently investigate every case of the use of signs on the market. However, this should not lead to the conclusion that the state completely refrains from protecting trademarks. On the contrary, the legislature has established administrative and criminal liability for the most serious infringements.
Thus, Article 412 of the Code of Administrative Offences establishes liability for the unlawful use of another person’s trademark or service mark. Cases of this category are examined by the authorized body in the field of intellectual property, the Intellectual Property Agency. Where the infringement simultaneously constitutes an act of unfair competition, jurisdiction may fall within the competence of the Anti-Monopoly and Consumer Market Control Agency. However, a practical issue arises here. Although the legislature has established administrative liability, the statute of the authorized body does not contain a detailed mechanism for the independent detection of such infringements, although it does impose an obligation to prevent them. In practice, the activities of the Agency are primarily limited to examining submitted complaints, conducting examinations, and carrying out the administrative procedures prescribed by law. This once again confirms that the initiative for protecting trademark rights largely depends on the right holder.
Article 197 of the Criminal Code of the Republic of Azerbaijan provides for criminal liability for the unlawful use of a trademark where the act is committed repeatedly or causes substantial damage. Thus, the state recognizes the social danger of such infringements and criminalizes the most serious forms of unlawful trademark use. However, the existence of criminal liability does not mean that criminal proceedings are initiated automatically. Article 197 of the Criminal Code falls within the category of public-private prosecution. This means that criminal proceedings are generally initiated upon a complaint filed by the victim. Only in exceptional circumstances, such as where the crime affects the interests of the state or society, is committed by or against public officials, or where the victim is in a helpless condition, may the prosecutor initiate proceedings without a complaint from the victim. Accordingly, even criminal procedural legislation proceeds on the basis that the initiation of most proceedings belongs to the victim, in other words, the trademark proprietor.
Why should the proprietor take the initiative? The allocation of the initiative for protecting trademark rights to the proprietor is justified by two main reasons.
First, constant state control is practically impossible. In modern commercial practice, thousands of registered trademarks are used simultaneously. New products, online stores, social media publications, and marketplace listings appear every day. Continuous monitoring of every instance of the use of signs is objectively impossible. Moreover, the mere identification of a similar sign does not in itself constitute a violation of the law. Establishing an infringement requires a comprehensive legal assessment of numerous circumstances, which cannot be carried out automatically. In addition, state authorities possess limited financial, human, and organizational resources. Requiring the state to monitor every potential infringement would impose a disproportionate administrative burden and divert public resources from other public functions. Accordingly, the state is objectively incapable of exercising continuous state monitoring over the use of all trademarks on the market. As a result, the initiative for detecting and preventing infringements is, in the first instance, entrusted to the proprietor.
Second, a trademark is an object of private law. The economic consequences of unlawful use primarily affect the right holder. The Law of the Republic of Azerbaijan on Trademarks and Geographical Indications provides that the proprietor of a registered trademark has the exclusive right to prevent third parties, without the proprietor’s consent, from using in the course of trade a sign that is identical with or similar to the registered trademark in relation to goods or services that are identical with or similar to those covered by the trademark, where such use gives rise to a likelihood of confusion. As can be seen, the law grants the proprietor an exclusive right to protect the trademark.
It is the proprietor who is best placed to determine whether the use of the sign causes actual damage, whether there is an interest in bringing a claim, and whether it is appropriate to initiate legal proceedings at all. Moreover, even in common law jurisdictions, establishing trademark infringement requires more than merely identifying a similar sign.
Under the doctrine of passing off, the claimant must establish three essential elements:
- goodwill;
- misrepresentation leading to consumer confusion;
- actual damage or a likelihood of damage.
Accordingly, determining whether an infringement has occurred requires an assessment of the specific circumstances of each individual case and cannot be carried out automatically by a state authority. This approach is also illustrated by Adidas America, Inc. v. Payless ShoeSource, Inc., where Adidas itself initiated proceedings against a retailer for using stripe designs alleged to infringe its trademark rights. The court awarded substantial damages, demonstrating that even in cases involving famous trademarks, protection is activated by the proprietor rather than by state authorities.
To sum up, trademark protection is ultimately founded not on the dominance of either the state or the proprietor, but on the complementary roles they perform. The proprietor determines when protection is necessary, while the state provides the legal instruments that make such protection effective. This allocation of responsibilities reflects both the practical limits of public enforcement and the private-law nature of trademark rights, ensuring a system that is not passive, but deliberately structured to balance private initiative with public guarantees.
Bibliography:
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
- Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi
- Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu
- Paris Convention for the Protection of Industrial Property of March 20, 1883
- Agreement on Trade-Related Aspects of Intellectual Property Rights 15 April 1994.
- Protection of Unregistered Well-Known Trademarks: The Bangladeshi Trademarks Regime Revisited By Mohammad Towhidul Islam 2021, Dhaka University Law Journal
- Adidas America, Inc et al v. Payless Shoesource, Inc.
Разграничение функций государства и правообладателя в системе правовой охраны товарных знаков
Регистрация товарного знака нередко воспринимается как завершающий этап обеспечения его правовой охраны. В действительности же регистрация — это лишь начало. После того как товарный знак начинает использоваться в гражданском обороте, возникает более важный вопрос: не защищается ли он законом, а кто именно должен обеспечивать эту защиту на практике.
Товарный знак представляет собой обозначение либо комбинацию обозначений, выраженных в графической форме, предназначенных для индивидуализации товаров или услуг одного предпринимателя от товаров или услуг других предпринимателей. Исключительное право на товарный знак приобретается посредством его государственной регистрации. После возникновения исключительного права закономерно возникает вопрос: кто должен обеспечивать его защиту? На первый взгляд может показаться, что именно государство обязано самостоятельно выявлять все случаи незаконного использования товарных знаков и пресекать такие нарушения. Данная позиция может основываться на статье 12 Конституции Азербайджанской Республики, согласно которой обеспечение прав и свобод человека и гражданина является высшей целью государства. Однако механизм защиты интеллектуальной собственности построен иначе. Государство действительно гарантирует защиту прав, но не осуществляет постоянный контроль за использованием каждого зарегистрированного товарного знака и не возбуждает производство по собственной инициативе при каждом возможном нарушении. Основная инициатива по защите принадлежит правообладателю, тогда как государство создает и обеспечивает функционирование системы правовой защиты. В данной статье рассматриваются причины такого подхода, а также пределы участия государства в защите исключительных прав на товарные знаки.
Роль государства в сфере охраны товарных знаков определяется не только национальным законодательством, но и международными обязательствами, закрепленными в Парижской конвенции по охране промышленной собственности. В соответствии со статьей 10 Конвенции государства обязаны обеспечить эффективные средства правовой защиты и предоставить заинтересованным лицам возможность обращаться в судебные и административные органы. При этом Конвенция не возлагает на государственные органы обязанность самостоятельно выявлять нарушения исключительных прав. Напротив, международное регулирование исходит из того, что государство обязано создать эффективную систему защиты интеллектуальной собственности, тогда как использование этой системы осуществляется по инициативе правообладателя. В научной литературе нередко анализируются положения Соглашения ТРИПС, однако они не являются обязательными для Азербайджана, поскольку он не является членом Всемирной торговой организации. Таким образом, международные стандарты требуют не постоянного государственного контроля за рынком, а создания эффективных механизмов защиты.
Функция государства заключается прежде всего в создании правового механизма защиты. Государство принимает законодательство в сфере интеллектуальной собственности; осуществляет государственную регистрацию товарных знаков; обеспечивает деятельность административных и судебных органов;устанавливает административную и уголовную ответственность за нарушения. Следовательно, государство обеспечивает возможность защиты права, однако не заменяет правообладателя. Возникает вопрос: почему государство не выявляет каждое нарушение самостоятельно? Именно здесь следует провести важное разграничение. На стадии регистрации государство действительно осуществляет предварительный контроль. Так, Закон Азербайджанской Республики «О товарных знаках и географических указаниях» предусматривает целый перечень оснований для отказа в регистрации обозначений. Однако иная ситуация возникает в случаях использования обозначения без его регистрации. Предположим, предприниматель начинает использовать обозначение, сходное с уже зарегистрированным товарным знаком, но вовсе не обращается за его регистрацией. Сам по себе факт использования сходного обозначения еще не означает нарушения исключительного права. Для признания использования незаконным необходимо установить целый комплекс обстоятельств: степень сходства обозначений, вероятность смешения потребителей, причинение ущерба либо вероятность его причинения, наличие согласия правообладателя на использование товарного знака и другие обстоятельства. Иными словами, вывод о наличии нарушения возможен только после исследования конкретных обстоятельств дела. Именно поэтому законодатель не возлагает на государство обязанность самостоятельно расследовать каждый случай использования обозначений на рынке. Однако из этого не следует, что государство полностью устраняется от защиты товарных знаков. Напротив, законодатель предусмотрел административную и уголовную ответственность за наиболее опасные нарушения.
Так, статья 412 Кодекса Азербайджанской Республики об административных проступках устанавливает ответственность за незаконное использование чужого товарного знака, знака обслуживания либо наименования места происхождения товара. Дела данной категории рассматриваются уполномоченным органом в сфере интеллектуальной собственности — Агентством интеллектуальной собственности Азербайджанской Республики (Əqli Mülkiyyət Agentliyi). Если же нарушение одновременно представляет собой акт недобросовестной конкуренции, компетенция может принадлежать Агентству по антимонопольному контролю и надзору за потребительским рынком (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi). Однако здесь возникает практический вопрос. Несмотря на то что законодатель предусмотрел административную ответственность, в положении (nizamnamə) уполномоченного органа отсутствует детально урегулированный механизм самостоятельного выявления подобных нарушений, хотя закреплена обязанность по предотвращению таких случаев. На практике деятельность агентства сводится главным образом к рассмотрению поступивших обращений, проведению экспертиз и осуществлению предусмотренных законом административных процедур. Это еще раз подтверждает, что инициатива защиты в значительной степени зависит от самого правообладателя.
Статья 197 Уголовного кодекса Азербайджанской Республики предусматривает уголовную ответственность за незаконное использование товарного знака, если деяние совершено повторно либо причинило значительный ущерб. Следовательно, государство признает общественную опасность подобных нарушений и криминализирует наиболее тяжкие формы незаконного использования товарных знаков. Однако даже наличие уголовной ответственности не означает автоматического возбуждения уголовного дела. Статья 197 УК относится к преступлениям публично-частного обвинения. Это означает, что уголовное преследование, как правило, начинается по заявлению потерпевшего. Лишь в исключительных случаях, например если преступление затрагивает интересы государства или общества, совершено должностными лицами либо в отношении них, потерпевший находится в беспомощном состоянии или имеются иные предусмотренные законом основания, прокурор вправе возбудить уголовное дело без заявления потерпевшего. Следовательно, даже уголовно-процессуальное законодательство исходит из того, что инициатива возбуждения большинства дел принадлежит потерпевшему.
Возложение инициативы по защите исключительного права на правообладателя обусловлено двумя основными причинами.
Первая из них заключается в практической невозможности осуществления тотального государственного контроля. В современном гражданском обороте одновременно используются тысячи зарегистрированных товарных знаков. Ежедневно появляются новые товары, интернет-магазины, публикации в социальных сетях и на маркетплейсах. Постоянный контроль каждого случая использования обозначений объективно невозможен. Кроме того, обнаружение сходного обозначения само по себе еще не свидетельствует о нарушении закона. Для установления факта нарушения требуется комплексная юридическая оценка обстоятельств, которая не может осуществляться автоматически. Помимо этого, государственные органы располагают ограниченными финансовыми, кадровыми и организационными ресурсами. Организация непрерывного мониторинга всех сфер коммерческого оборота потребовала бы несоразмерных затрат и создала бы трудности для выполнения иных публично значимых функций. В связи с этим государство объективно не способно осуществлять тотальный контроль за использованием всех товарных знаков на рынке, вследствие чего инициатива по выявлению и пресечению нарушений в первую очередь возлагается на правообладателя.
Вторая причина заключается в частноправовой природе исключительного права. Товарный знак является объектом частного права, поэтому экономические последствия его незаконного использования прежде всего затрагивают самого правообладателя. Согласно закону «О товарных знаках и географических указаниях», владелец зарегистрированного товарного знака обладает исключительным правом запрещать третьим лицам использовать в коммерческой деятельности без его согласия идентичные либо сходные обозначения в отношении идентичных или сходных товаров и услуг, если такое использование создает вероятность смешения товаров или услуг. Таким образом, закон предоставляет правообладателю исключительное право самостоятельно решать вопрос о защите принадлежащего ему товарного знака.
Именно правообладатель лучше всех способен определить: причиняет ли использование обозначения реальный ущерб; заинтересован ли он в предъявлении требований; целесообразно ли вообще инициировать судебное разбирательство. Кроме того, даже в государствах общей правовой системы для установления нарушения недостаточно лишь обнаружить сходное обозначение.
Так, в рамках доктрины passing off истец должен доказать наличие трех обязательных элементов:
- деловой репутации (goodwill);
- введения потребителей в заблуждение (misrepresentation);
- причинения либо вероятности причинения ущерба (damage).
Следовательно, вопрос о наличии нарушения требует оценки конкретных обстоятельств каждого дела и не может решаться автоматически государственным органом. Данный подход наглядно иллюстрируется делом Adidas America, Inc. v. Payless ShoeSource, Inc., в котором именно компания Adidas инициировала судебное разбирательство против розничного продавца, использовавшего полосы, предположительно нарушавшие её исключительные права на товарный знак. Суд взыскал с ответчика значительную сумму компенсации, что подтверждает: даже в случаях, связанных с широко известными товарными знаками, защита начинается по инициативе правообладателя, а не государственных органов.
Таким образом, защита товарных знаков основывается не на доминирующей роли государства или правообладателя, а на взаимодополняющем характере их функций. Правообладатель определяет, когда возникает необходимость в защите своего исключительного права, тогда как государство обеспечивает наличие правовых механизмов, позволяющих сделать такую защиту эффективной. Подобное распределение функций обусловлено как объективными пределами государственного контроля, так и частноправовой природой исключительного права на товарный знак. В результате формируется система, основанная на сочетании частной инициативы правообладателя и государственных гарантий эффективной правовой защиты.
Список литературы:
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
- Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi
- Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu
- Paris Convention for the Protection of Industrial Property of March 20, 1883
- Agreement on Trade-Related Aspects of Intellectual Property Rights 15 April 1994.
- Protection of Unregistered Well-Known Trademarks: The Bangladeshi Trademarks Regime Revisited By Mohammad Towhidul Islam 2021, Dhaka University Law Journal
- Adidas America, Inc et al v. Payless Shoesource, Inc.
Bir şərh yazın
Bir şərh yazın
Görüş təyin edin